Logo

ADPU-da xalq artisti Nurəddin Mehdixanlı ilə görüş keçirilib

21.04.2022 11:58 479 baxış
IMG

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsi və Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin ( ADPU THİK) Bio Klubunun təşkilatçılığı ilə Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, "Şöhrət" ordenli Nurəddin Mehdixanlı ilə "Ürək dostu" adlı görüş keçirilib. 

Tehsil.biz xəbər verir ki, görüşü giriş sözü ilə açan fakültə dekanı dosent Elnarə Mehbalıyeva dəvəti qəbul etdiyinə görə aktyora minnətdarlığını bildirib. 

N.Mehdixanlı görüş iştirakçılarını salamlayaraq tələbələrə öz həyat və yaradıcıllığı barədə ətraflı məlumat verib.

Tədbirdə xalq artistinin səhnə fəaliyyətinə, yaratdığı obrazlara həsr olunmuş video çarx nümayiş olunub. 

Maraqlı görüşün gedişində tələbələrin xahişi ilə Nurəddin Mehdixanlı özünün müəllifi olduğu şeirlərindən bir neçəsini səsləndirib. Tələbələr tərəfindən də görkəmli aktyorun bir neçə şeiri səsləndirilib.

Sonra görkəmli aktyor tələbələrin ona ünvanladığı çoxsaylı sualları cavablandırdı.

Görüşün sonunda dos. E.Mehbalıyeva aktyorun ADPU THİK-in fəal üzvü Nərgiz Dostəliyeva tərəfindən çəkilən portretini xatirə olaraq N.Mehdixanlıya təqdim edib. 

Nurəddin Mehdixanlı da öz növbəsində dəvətə görə Universitetin bütün kollektivinə öz minnətdarlığını bildirib və tələbələrlə görüşdən məmnunluğunu ifadə edib.

Xəbər lenti