Logo

BDU-da Lütfi Zadəyə həsr olunmuş məntiq yarışı keçirilib

21.04.2022 10:00 423 baxış
IMG

Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin könüllülərinin təşkilatçılığı ilə dünya şöhrətli azərbaycanlı, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadəyə həsr olunmuş məntiq yarışı keçirilib.

Tehsil.biz xəbər verir ki, yarışda Tarix, Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Kitabxanaçılıq-informasiya fakültələrinin tələbələri iştirak ediblər.  

Yarışda dünya şöhrətli alimin nəzəriyyələrindən suallar səsləndirilib. İki mərhələdə keçirilən yarışın final turunda Beynəlxalq münasibətlər və iqtisadiyyat, Mexanika-riyaziyyat fakültələrinin tələbələri qalibiyyət uğrunda mübarizə aparıblar. Nəticədə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin komandası final mərhələsinin qalibi seçilib.

Xəbər lenti