Logo

Gənc tədqiqatçılar elektron mikroskopiyanın əsasları barədə məlumatlandırılıb

20.04.2022 23:45 413 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların ilk seminarı keçirilib.  

Tehsil.biz xəbər verir ki, seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev “JEOL JSM7600F SEM-in imkanları və nümunə hazırlığı” mövzusunda çıxış edərək gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları, iş prinsipi və əsas elementləri barədə məlumatlandırıb.  

O, BDU-nun Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında quraşdırılan Yaponiya istehsalı olan JEOL JSM7600F elektron mikroskopunun imkanları haqqında məlumat verib, müxtəlif növ nümunələrin tədqiqində qarşıya çıxan problemləri sadalayıb. Laboratoriyada aparılan elmi-tədqiqat işlərinin və onların əsasında çəkilən təsvirlərin misalında bu tədqiqat üsulunun geniş imkanlarını göstərib, nümunə hazırlığının düzgün aparılmasının vacibliyindən danışıb.  

Seminar interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.  

BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə magistrant və gənc tədqiqatçıların seminarları davamlı şəkildə aparılacaq.

Xəbər lenti