Logo

AzTU-nun Nəqliyyat və logistika fakültəsinin tələbələri üçün təlim keçirilib

20.04.2022 22:16 814 baxış
IMG

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Caspian Energy Club”un əməkdaşlığı davam etdirilir. Əməkdaşlıq çərçivəsində “Caspian Energy Club”un üzvü olan “AzTugem” MMC-nin əməkdaşları AzTU-nun Nəqliyyat və logistika fakültəsinin tələbələrinə təlim keçib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı tələbələrin “AzTugem” MMC-də işə qəbulu ilə bağlı bütün prosedur qaydaları ətraflı izah olunub. 

Qeyd olunub ki, şirkət əməkdaşları universitet tələbələri üçün təlimləri mütəmadi davam etdirəcək.

Xəbər lenti