Azərbaycan Tələbə Həmkarlar İttifaqları Komitəsinin (ATHİ) təşkilatçılığı ilə ölkənin ali təhsil müəssisələri arasında Mini Futbol Turnirinə start verilib.
Tehsil.biz xəbər verir ki, turnirin ilk günündə Bakı Ali Neft Məktəbini təmsil edən mini futbol komandası Azərbaycan Dövlət Pedaqoji Universitetinin komandası ilə qarşılaşıb. Oyunda BANM komandası 6:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçib.
Mini Futbol Turnirinə Bakı və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrini təmsil edən 22 komanda qatılıb.