Logo

“AIESEC Azərbaycan” Xəzər Universitetində məlumat sessiyası keçirib

20.04.2022 12:55 429 baxış
IMG

Xəzər Universitetinin Karyera İnkişaf Mərkəzi və “AIESEC Azərbaycan” beynəlxalq staj keçmə proqramı tərəfindən xaricdə könüllülük və ödənişli təcrübə proqramları barədə məlumat vermək üçün tələbələrlə görüş keçirilib.

Universitetdən bildirilib ki, “AIESEC Azərbaycan”ın marketinq menecerləri Nuray Əhmədli və Ümid Hüseynli təşkilat haqqında, eləcə də yerli və könüllülük proqramları, xaricdə təcrübə proqramları və həmin proqramlara müraciət ilə bağlı məlumat veriblər.

Sonra təşkilatın marketinq direktoru Nicat Tahirli sualları cavablandırıb.

Xəbər lenti