Logo

BDU THIK “Genius 2022” müsabiqəsi elan edib

20.04.2022 12:44 496 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsi “Genius 2022” müsabiqəsi elan edib.

Tehsil.biz xəbər verir ki, müsabiqə 2 mərhələdən ibarət olacaq. Fakültələr daxilində keçiriləcək I mərhələdə tələbələr ixtisaslarına aid olan elmi mövzuda təqdimat ( minimum 20 slayd) və ya məqalə ( minimum 5 word səhifəsi) hazırlamalıdırlar.

Müsabiqənin II mərhələsində isə fakültədaxili müsabiqədə birinci və ikinci yeri tutan  qaliblər yarışacaqlar.

I mərhələ üzrə mükafat fondu:

1-ci yer -100 AZN

2-ci yer - 50 AZN.

Final mərhələsi üzrə humanitar və texniki-təbiət ixtisasları ayrılıqda olmaqla mükafat fondu:

1-ci yer -250 AZN

2-ci yer -200 AZN

3-cü yer- 150 AZN.

Müsabiqə qaliblərinin işləri bu il dərc olunacaq “Genius-2022” jurnalında nəşr ediləcək. Müsabiqədə iştirak etmək arzusunda olanlar I mərhələ üzrə hazırlayacaqları işləri [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Ümumilikdə 42 tələbə müsabiqə nəticəsində mükafat əldə edəcək.

Xəbər lenti