Logo

AMEA məhkəməyə verildi

20.04.2022 10:42 385 baxış
IMG

“Campus of Scientist” MTK Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər idarəsini məhkəməyə verib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə MTK Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, “Campus of Scientist” podrat müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürülüb.

İş hakim Leyla Əliyevanın icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd: “Campus of Scientist” MTK AMEA-nın “Science City” yaşayış kompleksinin ikinci binasının tikintisini həyata keçirib. Bu şirkət tərəfindən 2 bloklu, 16 mərtəbəli 240 mənzilli ikinci binadan artıq 65 mənzilin satışı həyata keçirilib.

Xəbər lenti