Logo

Yaz semestri üzrə təhsil krediti alacaq tələbələrin sayı açıqlanıb

20.04.2022 10:26 386 baxış
IMG

Ötən gün Təhsil Tələbə Krediti almaq üçün 255 nəfər müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, ilkin olaraq müraciətlərinin emalı son mərhələyə çatan 56 tələbənin təhsil krediti almaq hüququ müəyyən edilib. 3 tələbənin isə müraciətindəki uyğunsuzluqlara görə təkrar müraciət hüququ verilməklə imtina verilib. Digər tələbələrin isə müraciətləri müxtəlif mərhələlər üzrə emal edilməkdə və yeni müraciətlərin qəbulu davam etməkdədir.

Xəbər lenti