Logo

"Karyera Planlaması və MS Excelin karyerada əhəmiyyəti" adlı ikihissəli seminar keçirilib - FOTO

19.04.2022 21:48 608 baxış
IMG

19 aprel 2022-ci il tarixində "İnnovasiya və karyera" şöbəsinin təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının akt zalında "INNAB" Business School tərəfindən Vüsalə Hüseynova və Tunar Süleymanlının təqdimatında "Karyera Planlaması və MS Excelin karyerada əhəmiyyəti" adlı 2 hissəli seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, seminar interaktiv şəkildə keçirilib və əmək bazarında müasir dövrün tələblərinə uyğun ixtisaslar, tələbələrin özlərini necə inkişaf etdirə biləcəkləri, CV hazırlayarkən nələrə diqqət yetirməli olduqları, özlərinin SWOT analizini aparmaq qaydaları izah edilib və MS Excelin karyeryada əhəmiyyətindən danışılıb.

Sonda tələbələrlə canlı müsahibə aparılıb.

Seminar tələbələr arasında maraqla qarşılanıb.

Xəbər lenti