Hər bir ali təhsil müəssisəsinin məqsədi cəmiyyətin və dövlətin maraqlarına uyğun kadr hazırlamaqdır. Bunun üçün də tədris və təlim medodları innovativ tədris təcrübələri nəzərə alınaraq davamlı şəkildə nəzərdən keçirilməli və təkmilləşdirilməlidir. Bu metodların müntəzəm şəkildə təkmilləşdirilməsi ali təhsil müəssisəsinin keyfiyyət təminatı sisteminin bir hissəsidir. Ali təhsil müəssisəsinin daxili keyfiyyət təminatı sistemi tədrisin keyfiyyətini artırmaq üçün ilk öncə strateji inkişaf və idarəetmənin səmərəliliyinin artırılmasına xidmət etməlidir.
Tehsil.biz xəbər verir ki, məhz bu məqsədlə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə müqavilə bağlayb.
Müqaviləyə əsasən 18.04.2022-20.04.2022-ci il tarixlərində TKTA-nın Təlim və Metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən “Daxili səmərəli monitorinq sisteminin qurulması və qiymətləndirmə meyarlarının müəyyən olunmasına” və “Strateji idarəetməyə” dair təlimlər təşkil olunub.
Artıq iki gündür ki, təlimlər davam edir.
Təlim boyunca iştirakçılar tərəfindən onları maraqlandıran müəyyən sualların müzakirəsinə də vaxt ayrılıb.
Sonda təlimdə aktiv iştirakçıların sertifikatla təltif olunması nəzərdə tutulub.



