Logo

BDU-nun Şərqşünaslıq fakültəsində Çin dilində feil tipləri müzakirə edilib

19.04.2022 16:52 451 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində “Çin dilində feil tiplərinin struktur-qrammatik kateqoriyalarının tədqiqi” mövzusunda elmi seminar keçirilib.

Ləman Fiqarova qeyd edib ki, Çin dilində feillər təsirli, təsirsiz və köməkçi feillərə ayrılır.  Çin dilində feillər cins və saya görə dəyişmir, şəxsə görə təsriflənmir.

Sonda müəllif linqvistik araşdırmalarının nəticəsini cədvəl və sxemlərlə təqdim edib.

Elmi seminar kafedranın müəllim və tələbə heyətinin mövzu ətrafında suallarının cavablandırılması ilə davam edib.

Xəbər lenti