Logo

Ali təhsilli müharibə veteranı bazarda satıcı işləyir - VİDEO

19.04.2022 15:55 435 baxış
IMG

Dövlət Statistika Komitəsinin sonuncu məlumatına görə, Azərbaycanda işsizlik səviyyəsi 6%-ə yaxındır. Bu rəqəm sizi yanıltmasın. Çünki komitənin işsizləri müəyyənləşdirmə üsulu bir qədər fərqlidir. Belə ki, qurum sadəcə əmək qabiliyyətli şəxslər üçün müəyyən olunan yaşda işi, gəlir gətirən məşğuliyyəti olmayan, Məşğulluq Xidmətinə müraciət edən, müəyyən vaxt ərzində işə başlamağa hazır olan, tələbə, təqaüdçü olmayan şəxsləri işsiz hesab edir.

Bir də işli işsizlər var ki, onların sayı və problemləri çoxları üçün naməlumdur. Onlar rəsmi olaraq işli olsalar da, daim iş axtarışındadırlar. Çünki işli işsizlər aldıqları ali təhsil, ixtisaslaşdıqları sahə üzrə yox, tamam fərqli istiqamətdə çalışmağa məcbur olur.

İşli işsizlik probleminin dərinləşməsinə səbəb isə ölkəmizdəki əmək bazarında tələb və təklif uzlaşmasının pozulmasıdır. Bunun nəticəsində həm ixtisası üzrə iş tapa bilməyənlərin sayı artır, həm də müəssisələr müxtəlif sahələr üzrə yerli mütəxəssislər tapmaqda çətinlik çəkir.

Ali və orta ixtisas təhsil müəssisələrinin əmək bazarındakı tələbatı nəzərə almadan ixtisas proqramlarını formalaşdırması isə vəziyyəti daha da mürəkkəbləşdirir. 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Xəbər lenti