Logo

Xırdalanda küləyin damını uçurduğu məktəb təmir olunur

19.04.2022 12:55 447 baxış
IMG

“Hazırda Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə dam örtüyünün dəyişdirilməsi ilə bağlı təmir işləri aparılır”.

Bu barədə Abşeron Rayon Təhsil Şöbəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Bildirilib ki, təhlükəsizlik məqsədilə məktəbin bəzi sinifləri onlayn tədrisə cəlb olunub, digər siniflər isə ənənəvi qaydada məktəbə gəlir.

Qeyd edək ki, aprelin 4-də əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub.

Xəbər lenti