Logo

Universitetdən itkin düşən tələbə ilə bağlı AÇIQLAMA

19.04.2022 10:33 419 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) itkin düşən tələbənin aprelin 1-dən dərslərdə iştirak etmədiyini açıqlayıb.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “Qafqazinfo”ya bildirib ki, həmin gün Memarlıq və İnşaat fakültəsinin 3-cü kurs tələbəsi olan Lamiyə Binnətova saat 16:50-də müəllimindən icazə alaraq dərsdən çıxıb:

“Tələbə dərsdən çıxdıqdan sonra universitet ərazisini tərk edib və geri qayıtmayıb. Bununla bağlı onun valideynlərinə və aidiyyəti üzrə polisə məlumat verilib. Əlavə olaraq qeyd edə bilərəm ki, L.Binnətova universitetin nümunəvi tələbələrindəndir, davamiyyəti və qiymətləri yaxşı olub”. 

Həmçinin oxuyun: Universitetdən çıxandan sonra itkin düşdü - FOTO

Xəbər lenti