Bakı Ali Neft Məktəbinin (BANM) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib.
Tehsil.biz xəbər verir ki, iclası giriş sözü ilə açan BANM-in rektoru, Elmi Şuranın sədri Elmar Qasımov Şura üzvlərini salamlayaraq, müzakirə olunacaq məsələləri diqqətə çatdırıb.
BANM-in Elmi Şurasının iclasında çıxış edən Tədris və elmi işlər üzrə prorektor Zəfər Qurbanov BANM-in 2022-2027-ci illər üçün strateji inkişaf planı və keyfiyyətin təminatı siyasətinin təsdiqi haqqında məruzə edib. İclasda həmçinin Kompüter mühəndisliyi ixtisasının tədris planının təsdiqi, BANM-in kampusunda yerləşən Tələbə evində yaşayış haqqının ödənilməsi, İmtahanların təşkili qaydasının təsdiqi, İmtahan apellyasiyasının keçirilməsinin təkmilləşdirilməsi və cari məsələlər haqqında məruzlər dinlənilib və fikir mübadiləsi aparılıb.
İclasda həmçinin kadr təyinatı, eləcə də digər məsələlərlə bağlı müxtəlif təqdimatlar və müzakirələr olub. Müzakirəyə çıxarılan məsələlərdən biri də tələbələrin dərsliklərlə təmin edilməsi olub və bu istiqamətdə görüləcək işlərlə bağlı qərarlar qəbul edilib.
Yekunda müzakirə edilən məsələlərlə bağlı ümumi səsvermə ilə yekdil qərar qəbul olunub.