Logo

Sumqayıt Dövlət Universiteti tələbənin bıçaqlanması ilə bağlı AÇIQLAMA YAYDI

18.04.2022 17:06 480 baxış
IMG

"Bəzi saytların verdiyi məlumata görə, Sumqayıt Dövlət Universitetinin qarşısında bıçaqlanma hadisəsi baş verib".

Tehsil.biz xəbər verir ki, bu barədə Sumqayıt Dövlət Universitetinin (SDU) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, IV kurs tələbələri dərsə gəlmir, onlar istehsalat təcrübəsində olurlar:

"Məlum hadisə isə aprelin14-də Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində baş verib. Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin Fizika və elektroenergetika fakültəsinin IV kurs (516-cı qrup) tələbəsi Əliyeva Aydan Rövşən qızı aprelin14-də istehsalat təcrübəsindən qayıdan zaman Sumqayıt şəhər Yaşıldərə massivi ərazisində keçmiş nişanlısı, xalası oğlu tərəfindən bıçaqlanmışdır. Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. Qeyd edək ki, tələbə Əliyeva Aydan Rövşən qızı nümunəvi tələbələrdən biridir. Hal-hazırda vəziyyəti qənaətbəxşdir".

Fəqan Əzimli

Həmçinin oxuyun: Tələbə qız universitetin qarşısında bıçaqlandı

Xəbər lenti