Müəllimlərin qarşılıqlı yerdəyişməsi müsabiqəsində iştirak etmək istəyən namizədlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Bu barədə "Tehsil.biz"ə Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, namizəd bir tədris ili ərzində bir dəfə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir.
Qurumdan, həmçinin bildirilib ki, qarşılıqlı yerdəyişmə müsabiqəsində yalnız müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər.
Fəqan Əzimli