Logo

Tələbə qız universitetin qarşısında bıçaqlandı

18.04.2022 15:23 492 baxış
IMG

Bu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

“Tehsil.biz”in məlumatına görə, səhər saatlarında ali məktəbin tələbəsi A.Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir. //Qafqazinfo.az

Xəbər lenti