Logo

PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsinə başlanılıb

18.04.2022 14:40 468 baxış
IMG

Azərbaycan PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir.

Tehsil.biz xəbər verir ki, aprelin 18-dən başlayan qiymətləndirmə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Ötən il pilot mərhələsi keçirilmiş bu tədqiqatın əsas mərhələsində Bakı üzrə 180 ümumi təhsil müəssisəsindən 8000-ə yaxın şagirdin iştirakı planlaşdırılıb. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilir. Əvvəlki illərdən fərqli olaraq PISA 2022 tədqiqatının əsas mərhələsi kompüter əsaslı şəkildə həyata keçirilir.

Qeyd edək ki, PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirmək, eyni zamanda bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirmək məqsədi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. 

Xəbər lenti