Logo

Azərbaycanda 5 günlük tətil başlayır - BU TARİXDƏN...

28.12.2020 10:24 1398 baxış
IMG

Bu həftə Azərbaycanda Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

 

Tehsil.biz xəbər verir ki, dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəyliyi günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

 

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

 

Beləliklə, Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün – 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Xəbər lenti