Logo

82 saylı tam orta məktəbdə “Soyqırımdan qələbəyə” adlı tədbir - FOTO

18.04.2022 10:53 595 baxış
IMG

82 saylı tam orta məktəbdə “Soyqırımdan qələbəyə” adlı tədbir keçirilib. 

"Tehsil.biz"in xəbərinə görə, ADU-nun təcrübəçi tələbələri Nəzrin Quluzadə və Lalə Tağıyeva məlumat veriblər ki, ADU-nun ingilis dili müəllimi, pedaqoji təcrübə rəhbəri Gözəl Məmmədovanın təşəbbüsü və təcrübəçi tələbələrin iştirakı ilə hazırlanmış tədbir xalqımızın başına gətirilən 31 Mart 1918-ci il, 20 yanvar 1990-cı il, 26 fevral 1992-ci il Xocalı soyqırımı hadisələrinə həsr edilib.

Sonra aparıcılar zaman-zaman başımıza gətirilən hadisələr haqqında qısa məlumat veriblər və videoçarx göstərilib. 20 Yanvar hadisələrində şəhidlər arasında universitetimizin tələbəsi Ülvi Bünyadzadənin olduğu da bildirilib. Ülvinin həyat və yaradıcılığı barəsində həm 20 Yanvar hadisələrinin şahidi, həm də Ülvinin tələbə yoldaşı Gözəl Məmmədova məlumat verib, onun şəhid olmamışdan 1 il əvvəl yazmış olduğu andı tədbir iştirakçılarına oxuyub. Sonra məktəb şagirdləri tərəfindən Ülvinin şeirləri söylənilib və Ülviyə aid videoçarx nümayiş etdirilib. 

Daha sonra məktəb şagirdləri tərəfindən “Əsgər anası” tamaşası göstərilib, şeirlər söylənilib, musiqi nömrələri ifa olunub. 

Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi və qələbə gününə həsr olunmuş videoçarxa baxıblar.

Xəbər lenti