Logo

"Karyera Planlaması və MS Excelin karyerada əhəmiyyəti" adlı seminar keçiriləcək

16.04.2022 18:45 362 baxış
IMG

19 aprel 2022-ci il tarixdə saat 14:00-da "İnnovasiya və karyera" şöbəsinin təşkilatçılığı ilə AƏSMA-nın akt zalında "INNAB" Business School tərəfindən Vüsalə Hüseynova və Tunar Süleymanlının təqdimatında "Karyera Planlaması və MS Excelin karyerada əhəmiyyəti" adlı 2 hissəli ödənişsiz seminar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, interaktiv şəkildə keçiriləcək seminarın əsas məqsədi gənclərə gələcək karyeralarının düzgün qurması istiqamətində dəstək vermək olacaq. 

Seminarın birinci hissəsində Siz, hal-hazırda əmək bazarında tələb olunan kadr ehtiyacı, gələcəyin peşələri, işsizlik probleminin əsas səbəbləri və digər aktual məsələlər haqqında məlumat əldə edəcəksiniz.

Seminarın ikinci hissəsində isə "MS Excel" proqramının əmək bazarında və karyerada əhəmiyyətindən bəhs ediləcək.

Xəbər lenti