ATGTİ-nin təşkilatçılığı ilə həyata keçirilən "Hədəf 10%" proqramı çərçivəsində Dövlət Gömrük Komitəsinin Akademiyasının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Tarix klubu tərəfindən "Ədəbi irsimiz" adlı layihə çərçivəsində Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya təşkil edilib.
Tehsil.biz xəbər verir ki, ekskursiya zamanı Akademiyanın bir qrup tələbəsi görkəmli jurnalist, publisist, böyük drammaturq və nasir Cəlil Məmmədquluzadənin həyatını əks etdirən tarixi eksponatlara baxış keçirərək ədibin əsərləri, əlyazmaları və həyatı haqqında maraqlı məlumatlar əldə ediblər.