“Suallara aid olan bütün statistik təhlilləri biz müzakirə edirik. Bu təhlilləri ictimaiyyətə və Təhsil Nazirliyinə təqdim edirik”.
Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.
O bildirib ki, Təhsil Nazirliyi də belə təhlillər aparır və hər iki qurum daimi elmi dialoqdadır:
“Şagirdlər imtahanlara psixoloji cəhətdən hazır olmalıdır. Bu, valideynlərdən çox asılıdır”.