Logo

DİM sədri: "Şagirdlərin 30 %-i orta ixtisas məktəblərinə və ali məktəbə sənəd vermir"

16.04.2022 12:17 482 baxış
IMG

"Hər il XI sinfi bitirən şagirdlərin təxminən 30%-ə qədəri ümumiyyətlə orta ixtisas məktəblərinə və ya ali məktəbə sənəd vermirlər".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə XI sinfin buraxılış imtahanlarının nəticələri barədə danışarkən deyib.

O bildirib ki, şagird I mərhələdə hansı bal toplamasından asılı olmayaraq, ikinci mərhələdə 100 və ya 150 bal toplayırsa, müsabiqəyə qoşula bilər:

"Buraxılış imtahanı verən hər kəs ali məktəbə sənəd vermir. 200 baldan yuxarı nəticə göstərənlərin də arasında müəyyən şagirdlər var ki, onlar ali məktəblərə sənəd verməyib. Bunlara fərdi yanaşmaq üçün biz bu siyahını Təhsil Nazirliyinə təqdim edəcəyik. Çünki o uşaqların nəticələri çox yaxşıdır və öz yaşıdlarından fərqlənirlər. Təhsil Nazirliyi bunu araşdıracaq”.

Xəbər lenti