Logo

Bakı Ali Neft Məktəbinin tələbələri “Teknofest”ə qatılacaqlar

15.04.2022 21:17 388 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “Teknofest”də iştirak edəcəklər.

Tehsil.biz xəbər verir ki, festivalın 2-ci mərhələsində 7 müsabiqə üzrə iştirak edəcək komandalar artıq məlumdur. “Yaşıl texnologiyalar” üzrə müsabiqədə iştirak üçün müraciət edən 16 komandanın 11-i, “Aqrar texnologiyalar” üzrə 7 komandanın 5-i, “Robotexnika” üzrə 2 komandanın hər ikisi, “Pilotsuz uçuş aparatları” üzrə 3 komandanın 2-si, “Sosial yönümlü texnologiyalar” üzrə 6 komandanın 4-ü, “Cansat” üzrə 2 komandanın hər ikisi, “Bakuskills” üzrə isə 3 komandanın 2-si olmaqla, ümumilikdə Bakı Ali Neft Məktəbini təmsil edən 25 komanda növbəti mərhələdə iştirak haqqı qazanıb.  

Qeyd edək ki, BANM-i təmsil edən 3 komanda 2 müxtəlif müsabiqə üzrə növbəti mərhələdə iştirak edəcək. Onlar “Aqrar texnologiyalar” və “Sosial yönümlü texnologiyalar” üzrə “Həkəri”, “Yaşıl texnologiyalar” və “Aqrar texnologiyalar” üzrə “Xəzri”, “Robotexnika” və “Cansat” üzrə “Mübariz” komandalarıdır.

Müraciət edilən 8 müsabiqədən 1-i üzrə nəticələr hələ məlum deyil. BANM-i təmsil edən “Oğuz” komandası “Planer” üzrə yarışacaq.

May ayında Bakıda keçiriləcək “Teknofest” festivalı “Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunur. “Teknofest” Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür.

Xəbər lenti