Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilir.
Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.
Bildirilib ki, bu sahədə bilik və bacarıqlarını artırmaq üçün MBA proqramında təhsil almaq istəyənlər elanda göstərilən telefon nömrəsi və e-mail ünvanı ilə əlaqə saxlaya bilərlər.