Logo

"Məzunların iş təcrübəsi yoxdur" - UNEC rektoru

15.04.2022 12:16 476 baxış
IMG

"Ali təhsil məzununun işə qəbul edilməməsinin əsas səbəblərindən biri kimi onların iş təcrübələrinin olmaması qeyd edilir".

Tehsil.biz xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib.

Rektor bildirib ki, bu zaman təhsil müddətində əyani təhsilalanların işə qəbul edilməsinin mövcud qanunvericilik tələblərinə zidd olduğu da qeyd edilir:

"Doğrudur, “Məşğulluq haqqında” AR Qanununun 5.12.3. maddəsinə əsasən, təhsil müəssisələrində əyani təhsil alanların işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Eləcə də, 4.1.6-cı maddəsində ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində təhsil alanlar muzdlu şəxslərə aid edilir. Amma bütün bunlar tələbələrin işaxtaranlar kimi qeydiyyata alınmasına maneçilik törətmir".

Ədalət Muradovun sözlərinə görə, mövcud qanunvericilik əyani təhsil alan tələbələrin işə qəbul edilməsi üçün məhdudiyyətlər yaratmır:

"Əyani təhsilalanlar haqqı ödənilən əmək fəaliyyətilə məşğul ola bilər və onun adına açılan əmək kitabçasında (və yaxud onun alternativində) müvafiq qeydlər aparıla bilər. Bu zaman tələbənin iş saatları ilə dərs saatlarının üst-üstə düşməməsi əsas şərtdir. Əyani təhsil alan tələbələrin işə qəbul edilməsini dəstəkləmək üçün UNEC yanaşması haqqında növbəti məlumatda bildirəcəyik".

Fəqan Əzimli

Xəbər lenti