Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) professor-müəllim heyətinin maliyyə savadlılığının artırılması məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisləri və Azərbaycan Bank Tədris Mərkəzinin ekspertləri tərəfindən seminarlar təşkil olunur.
Tehsil.biz xəbər verir ki, seminarlarda müəllimlər üçün hazırlanmış “Əmanətlərin sığortalanması”, “Vətəndaşlar üçün sığorta”, “İzafi borclanma”, “Zamninlik” və “Neyromarketinq” proqramları üzrə lazımi biliklər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, proqram və seminarlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı”nın 5.4-cü bəndinin (Maarifləndirmə və təbliğat-təşviqat tədbirinin) icrası çərçicəsində həyata keçirilir.