Aprelin 14-də ASAPES Karyera Mərkəzi və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə “Tələbəlik illərində etdiyim 5 səhv” mövzusunda seminar keçirilib.
Tehsil.biz xəbər verir ki, seminarda Dövlət Məşğulluq Agentliyinin Peşəyönümü şöbəsinin rəhbəri Toğrul Ələkbərov çıxış edərək karyerada düzgün və uğurla irəliləmək, illik planlamanı təşviq etmək, iş həyatını və əmək bazarını doğru anlamaq ,həmçinin şəxsi bacarıqlarını inkişaf etdirmək mövzusunda gənclərlə öz təcrübəsini bölüşüb və tələbəlik illərində ən çox yol verilən səhvlərdən danışıb.
O qeyd edib ki, doğru karyera planlaması üçün hədəflərin müəyyənləşdirilməsi, onlara doğru addımlamaq və yeni imkanlar kəşf etmək əsas şərtlərdən biridir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.