Logo

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis olan pedaqoji ictimaiyyətin NƏZƏRİNƏ

14.04.2022 19:00 340 baxış
IMG

Dövlət İmtahan Mərkəzi xüsusi qabiliyyət imtahanlarında ekspert kimi iştirak edə biləcək mütəxəssisləri əməkdaşlığa dəvət edir.

Müraciət edən mütəxəssislər hazırda pedaqoji fəaliyyətlə məşğul olmalı, ixtisası və tədris etdiyi fənn iştirak etmək istədiyi qabiliyyət imtahanı fənninə uyğun olmalıdır. Mütəxəssislər təsviri sənət, musiqi sənəti, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətləri üzrə müraciət edə bilərlər. 

Pedaqoji təcrübəsi ən azı 5 ildən yuxarı olan mütəxəssislərə üstünlük veriləcək. 

İşlədiyi təhsil müəssisəsi tərəfindən məlumatları Qabiliyyət İnformasiya Sisteminə (QABİS) daxil edilmiş mütəxəssislər haqqında məlumatlar artıq Dövlət İmtahan Mərkəzində olduğu üçün qeyd edilən qrupa aid şəxslərin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Namizədlər müraciət etmək istədikləri istiqamətə aid formanı doldurub aprelin 24-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

1. Təsviri sənət

2. Musiqi sənəti

3. Memarlıq

4. Teatr, kino və xoreoqrafiya sənəti

5. Bədən tərbiyəsi və idman

Xəbər lenti