Logo

Təhsil İnstitutunda növbəti “Açıq qapı” günü təşkil olunacaq

14.04.2022 17:30 321 baxış
IMG

Təhsil İnstitutu dissertantura və doktoranturaya qəbul olmaq istəyən şəxslər üçün aprelin 19-da növbəti “Açıq qapı” günü keçirəcək.

İnstitutdan bildirilib ki, “Açıq qapı” günündə alim olmağa hazırlaşan iddiaçıların sualları cavablandırılacaq. Həmçinin ixtisas seçimi və digər istiqamətlərdə onlara dəstək göstərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, doktorantura və dissertanturaya sənəd qəbulu mayın 5-dək davam edəcək.

Xəbər lenti