Bakı şəhəri 145 nömrəli tam orta məktəbdə məktəblinin dostları tərəfindən "İctimai nəqliyyatda davranış qaydaları" adlı təlim keçirilib.
Tehsil.biz xəbər verir ki, 5 və 6-cı sinif şagirdlərini əhatə edən təlimdə ictimai nəqliyyatdan istifadə zamanı diqqət yetirməli təhlükəsizlik və etiket qaydaları haqqında məlumat verilib.
Təlim zamanı şagirdlərə slayd və videomateriallar əsasında məlumatlar çatdırılıb, eyni zamanda, iştirakçılar ictimai nəqliyyatda qarşılaşdıqları və şahidi olduqları maraqlı hadisələri bölüşüblər.