Logo

“Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək

14.04.2022 14:17 471 baxış
IMG

Aprelin 23-də ümumtəhsil müəssisələrinin  IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadası keçiriləcək.

Tehsil.biz xəbər verir ki, olimpiadanın keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçiriləcək, qaliblər sertifikat və hədiyyələrlə mükafatlandırılacaq.

Olimpiada 23 aprel saat 10:00-da virtual şəkildə həyata keçiriləcək.

Olimpiadada iştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://www.olimpiada.edu.az/

Qeydiyyat olimpiadanın başlama tarixinə qədər davam edəcək.

Xəbər lenti