Azərbaycan Dillər Universitetində (ADU) Keyfiyyətin təminatı və monitorinq şöbəsinin təşkilatçılığı ilə ““Perfect Trip to America”” adlı təlim təşkil olunub.
Tehsil.biz xəbər verir ki, təlim ADU ilə Amerika Birləşmiş Ştatları Dövlət Departamenti arasında akademik əməkdaşlıq çərçivəsində Fulbrayt təqaüd proqramı üzrə təlimlərin təşkili, sillabus və fənn proqramlarının tərtib olunmasına dəstək məqsədi ilə ABŞ-ın Azusa Pasifik Universitetinin professoru Nancy Ackles tərəfindən keçirilib.
Təlimdə iştirak edən Beynəlxalq münasibətlər və regionşünalıq fakültəsinin tələbələri, xüsusilə də Amerikaşünaslıq ixtisası üzrə təhsilalanlar Amerika haqda ətraflı məlumatlar əldə edib və müzakirələrdə fəal iştirak ediblər .