Logo

“Bəzi müəllimlər uşaqlara həddindən artıq ev tapşırığı yükləyir” - NAZİRLİK

14.04.2022 11:56 1040 baxış
IMG

“Məktəblərdə tədris proqramı ağır deyil. Sadəcə bir qrup müəllim var ki, onlar uşaqların akademik yüklənməsini daha yaxşı öyrənmələri üçün vasitə sayırlar, məsələyə belə yanaşırlar".

Tehsil.biz xəbər verir, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu “Təhsil masası”nda deyib.

O, buna görə də uşaqların ev tapşırığı ilə həddindən artıq yükləndiyini bildirib:

"Həmin müəllimlərlə iş aparılmalıdır. Çünki 45 dəqiqə öyrənmək üçün kifayət qədər uyğundur. Şagird hətta oynaya-oynaya qəliz tapşırığı qavraya bilər. Müəllim metodikanı yaxşı quranda, tapşırıqları düz seçəndə uşaq çox rahat, sevə-sevə öyrənir. Uşaqların dərs yükünün optimallaşdırılmasını həyata keçirmək üçün bəzi müəllimlərlə işləməliyik”.

Xəbər lenti