Logo

Məktəbəqədər təhsil müəssisələrinə qəbul iyul ayında keçiriləcək

14.04.2022 11:51 511 baxış
IMG

“Birinci sinfə qəbulla bağlı son hazırlıq işləri görülür".

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib.

O qeyd edib ki, yaxın zamanlarda valideynlər bu haqda Təhsil Nazirliyinin elanını görə biləcəklər. Qısa zamanda bu elan dərc olunacaq:

"Məktəbəqədər təhsil müəssisələrinə qəbulun iyul ayında keçirilməsi planlaşdırılır. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə verilməsi ilə bağlı proses müəyyən vaxt alıb. Çünki elektron sistemləri qurmaq və işlək vəziyyətə gətirmək üçün müəyyən vaxt lazımdır. Hazırda bu istiqamətdə işlər gedir”.

Xəbər lenti