Logo

Təhsil İnstitutu müəllimlər üçün qiymətləndirmə sənədi ilə bağlı vebinar təşkil edəcək

14.04.2022 10:24 384 baxış
IMG

Təhsil İnstitutu aprelin 25-də “Mövcud qiymətləndirmə sənədinə baxış: təkmilləşdirilməli məqamlar” mövzusunda vebinar keçirəcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vebinarda spiker qismində institutun Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva çıxış edəcək.

Vebinar ümumtəhsil müəssisələrinin fənn müəllimləri üçün nəzərdə tutulub.

Qeyd edək ki, vebinar “Teams” platforması üzərindən həyata keçiriləcək.

Xəbər lenti