Logo

AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib

13.04.2022 19:33 456 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Seymur Sərxoşov və Cəmil Məmmədlinin ailələrini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, görüş zamanı şəhid məzunların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Qeyd olunub ki, şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetin tələbələri arasında mütəmadi  maarifləndirmə işləri aparılır.

AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi də xüsusi vurğulanıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti