Aprelin 12-də Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Abay Qazax Milli Pedaqoji Universiteti və Türkiyənin Giresun Universitetinin tələbələri arasında keçirilən “Digital student” adlı virtual layihə çərçivəsində təşkil edilmiş onlayn dərs prosesində müasir texnikadan istifadə bacarıqları üzrə müsabiqədə ADPU-nun Filologiya fakültəsinin “Xarı Bülbül” komandasının üzvləri, - Sadıqova Ramiyə, Rüstəmli Nuridə, Mürsəliyeva Rəhilə və Babaşov Əhmədağa birincilik qazanıblar.
Münsiflər heyətinin sədri Giresun Universitetinin dosenti Vedi Aşkaroğlu, üzvləri isə Abay Qazax Milli Pedaqoji Universitetinin Qərb Dilləri kafedrasının müəllimi İslyamova Ulpan və ADPU-nun Filologiya fakültəsinin Xarici Dillər Mərkəzinin baş müəllimi Aytən İbrahimova olub.
Qeyd edək ki, “Digital student” layihəsinin rəhbəri ADPU-nun Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva, koordinatoru isə Gülşən Mehdizadədir.