Logo

"Nəzakət və etiket" qaydaları mövzusunda təlim keçirilib - FOTOLAR

13.04.2022 17:12 525 baxış
IMG

Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə "Məktəblinin dostu" layihəsinin təşkilatçılığı ilə "Nəzakət və etiket" qaydaları mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Etika şöbəsinin elmi işçisi, dosent, fəlsəfə doktoru  Şəhla Musayeva tərəfindən aparılıb.

Təlimdə məktəbin müəllim kollektivi və 6, 7, 8-ci sinif şagirdləri iştirak ediblər. 

Şəhla Musayeva şagirdlərə salamlaşma qaydaları, qida və geyim, həmçinin qonaq getmək mədəniyyəti barədə danışıb. O, eyni zamanda, Azərbaycan və digər ölkələrdə mövcud olan etiket və nəzarət qaydaları arasında bəzi fərqli xüsusiyyətlər, adət-ənənələrlə bağlı nümunələri şagirdlərin diqqətinə çatdırıb. 

Təlimin sonunda müəllim və şagirdlərin sualları cavablandırılıb, mövzu barədə müzakirə aparılıb.

Xəbər lenti