Aprelin 12-də ASAPES-in akt zalında “İdman menecmenti və kommunikasiya” və “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisasları üzrə təhsil alan 1-ci kurs tələbələri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları İcra Komitəsi rəhbərinin tədris işləri üzrə müavini Eldar Qocayev və tələbələrlə iş üzrə müavin Sevinc Əliyeva iştirak ediblər.
Tədris işləri üzrə müavin Eldar Qocayev SABAH qruplarında aparılan tədris prosesi haqqında tələbələrə məlumat verib və onların suallarını cavablandırıb. Görüşdə iştirak edən ASAPES-in rektoru Fuad Hacıyev bildirib ki, SABAH qruplarında tətbiq olunan təhsil sistemi və Akademiyada aparılan yeniliklər tədrisin keyfiyyətinin yüksəldilməsi, bacarıqlı və hazırıqlı tələbələrin yetişdirilməsi, idman əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədi daşıyır.
Tədbirin sonunda ASAPES-in SABAH Mərkəzinin rəhbər əvəzi Lalə Əhmədova müsabiqədə iştirak edəcək tələbələrə uğurlar arzulayıb.