Logo

Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin seminarı keçirilib

13.04.2022 14:24 435 baxış
IMG

Bakı Dövlət Universitetinin Fizika fakültəsində Tələbə Elmi Cəmiyyətinin növbəti elmi seminarı keçirilib.

Tehsil.biz xəbər verir ki, seminarda Fizika fakültəsinin III kurs tələbələri Aytən Xəlilova və Nərmin Əliyeva “Neytrino ovçuları və neytrino zərrəcikləri”  və Sabah qrupları Fizika fakültəsi III kurs tələbəsi Əsmər Əliyeva “Dünyanın mexaniki mənzərəsi” mövzularında məruzə ilə çıxış ediblər. Aytən Xəlilova və Nərmin Əliyeva neytrino zərrəcikləri haqqında ilk elmi təsəvvürlərin meydana çıxması, tədqiqatlar, cənub yarımkürəsində qurulmuş rəsədxana, neytrinonun özünəməxsus xüsusiyyətləri və s barədə ətraflı məlumat verib. Məruzə üzrə müzakirələrdə çıxış edən Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov tələbələrin ciddi əmək sərf etdiklərini, maraqlı məruzə hazırladıqlarını qeyd edib, onlara tövsiyələrini verib.

Əsmər Əliyeva dünyanın mexaniki mənzərəsnin formalaşması, fizikanın mexanika bölməsinin elmi əsasları, müasir təsəsvvürlər və yanaşmalar haqqında təqdimatla çıxış edib. Onun mexanika fənninin əhəmiyyəti barədə şəxsi mülahizələri maraqla qarşılanıb. Sonra Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev 2021-ci ildə keçirilimiş “Gələcəyin alimləri” adlı tələbə elmi konfransının iştirakçılarına konfrans materiallarının dərc olunduğu topluları və sertifikatları təqdim edib.

Xəbər lenti