Logo

ADU-da “Peşəkarlığın rəsmi” kitabının təqdimatı olub

13.04.2022 13:54 282 baxış
IMG

Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanlının təşəbbüsü ilə tanınmış jurnalist, PR menecer, uzun müddət müxtəlif dövlət qurumlarında mətbuat katibi kimi fəaliyyət göstərmiş Səmayə Məmmədovanın “Peşəkarlığın rəsmi” kitabının təqdimatı keçirilib.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, qonaq jurnalistika və PR sahəsində 22 illik təcrübəsindən maraqlı məqamları tələbələrlə bölüşüb. Səmayə Məmmədova Gənclər və İdman Nazirliyində mətbuat katibi kimi fəaliyyət göstərdiyi illərdən, media sahəsindəki fəaliyyətindən, xaricdə təhsil almasından, PR sahəsinin indiki zamanda vacibliyindən bəhs edib. O, həmçinin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin verdiyi müsahibələrindən və KİV-in bu dövrdə apardığı işin faydalarından söhbət açıb.

Daha sonra qonaq tələbələrin suallarını cavablandırıb. Sonda isə kitabın imzalanma mərasimi keçirilib.

Xəbər lenti