Logo

Təhsil naziri: "Müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur"

13.04.2022 11:12 549 baxış
IMG

"Hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani tədrisdədir".

Tehsil.biz xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur:

"Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır. Ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir".

Nazir qeyd edib ki, hələ də müəllimlərin maska taxması və digər tələblər qüvvədədir:

"Məktəb və bağçalarda pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir. Hələ də müəllimlərin maska tapması və digər tələblər qüvvəyədədir. Təbii ki, indiki vəziyyət əvvəlki dövrdən dəfələrlə yaxşıdır. Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. Əvvəldən də vəd etdiyimiz kimi vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna da yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi".

Xəbər lenti