Logo

BANM ilə “Bakı Gənclər Mərkəzi” arasında Memorandum imzalanıb

13.04.2022 10:54 329 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Gənclər və İdman Nazirliyinin “Bakı Gənclər Mərkəzi”ndə olub.

Tehsil.biz xəbər verir ki, müəssisənin direktoru Nərgiz Babayeva gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün burada yaradılan şərait haqqında məlumat verib və rektoru Mərkəzlə tanış edib.

Daha sonra Bakı Ali Neft Məktəbi və “Bakı Gənclər Evi” Sosial Xidmət Müəssisəsi arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. Memorandumu BANM-nin rektoru Elmar Qasımov və Müəssisənin direktoru Nərgiz Babayeva imzalayıblar.

Memorandum BANM-lə “Bakı Gənclər Mərkəzi” arasında münasibətləri möhkəmləndirmək və dostluq əlaqələrini inkişaf etdirmək, gənclərin hərtərəfli inkişaf maraqlarından çıxış edərək birgə layihə və tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində gənclərin müxtəlif sahələrdə təcrübələrinin artırılması istiqamətində birgə tədbirlərin keçirilməsi, onların inkişafı istiqamətində konfrans, seminar, forum, debat və intellektual yarışların təşkil olunması, gənclərin beynəlxalq arenada təmsilçiliyinin artırılması istiqamətində dəstəyin göstərilməsi, təcrübə proqramlarının təşkil edilməsi nəzərdə tutulur. Həmçinin BANM və “Bakı Gənclər Mərkəzi”nin qarşılıqlı şəkildə digər müəssisə və qurumlarla birgə əməkdaşlıq etməsi, birgə layihə və tədbirlərin keçirilməsi də planlaşdırılır.

Xəbər lenti