Logo

Buraxılış imtahanında 3 nəfər yüksək bal toplayıb - FOTO

13.04.2022 10:48 350 baxış
IMG

12 və 13 mart tarixlərində keçirilmiş buraxılış imtahanında 3 nəfər yüksək bal toplayıb.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bakı şəhəri 245 saylı məktəbin məzunu Abbasova Səbirə Şahin qızı, Mingəçevir şəhəri Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseyin məzunu Zeynallı Xaqani Nizami oğlu və Ağcabədi rayonu Rəncbərlər kənd orta məktəbinin məzunu Sadıqlı Nərmin Arif qızı 297.5 bal toplayıb.

Onlar 9-cu sinif buraxılış imtahanında da yüksək nəticə - müvafiq olaraq 244.7 bal, 296.7 bal və 290 bal toplayıblar.

Xəbər lenti