Logo

Güclü külək Tərtərdə məktəbin dam örtüyünü atıb

12.04.2022 21:27 400 baxış
IMG

Ağdamda güclü külək bir sıra fəsadlara yol açıb.

APA xəbər verir ki, İmamqulubəyli kəndində ağac yüksək gərginlikli elektrik xəttinin üzərinə aşıb.

Ağdamın Quzanlı qəsəbəsi də daxil olmaqla, İmamqulubəyli, Bənövşələr və digər bir sıra kənd və qəsəbələrdə elektrik enerjisinin verilişi dayanıb.

Bundan başqa, güclü külək Tərtər şəhər 2 saylı məktəbin dam örtüyünü atıb.

Eyni zamanda güclü külək nəticəsində Heydər Əliyev prospektində elektrik dirəkləri aşıb.

Külək evlərə də ziyan vurub. Belə ki, Səməd Vurğun küçəsində külək ağacı evin üzərinə aşırıb.

Xəbər lenti