Logo

BDU könüllüləri "Sağlam həyat günləri" layihəsində iştirak ediblər

12.04.2022 20:46 382 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) könüllüləri Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq İdman Günü çərçivəsində keçirilən "Sağlam həyat günləri"ndə iştirak ediblər.

Könüllülər müxtəlif yaş qrupları üzrə idman normativlərini yerinə yetirərək qızıl, gümüş və bürünc sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, "Sağlam həyat günləri" layihəsində iştirakçılar qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik və s. normativlər üzrə fiziki bacarıqlarını sınayıblar.

Xəbər lenti